Rusiya dəniz piyadalarını Pokrovska göndərdi

06.09.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Pokrovsk bölgəsində vəziyyəti dəyişmək və Donetsk vilayətində “həlledici sıçrayış” həyata keçirmək üçün dəniz piyadalarını cəbhəyə yerləşdirib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın 7-ci Hava Desant Hücum Korpusunun bəyanatda bildirilib.

"Bu yaxınlarda Rusiya komandanlığı təcrübəli dəniz piyadalarını Pokrovsk rayonuna köçürüb. Son həftələr ərzində düşmən öz taktikasını tənzimləyib, ukraynalı müdafiəçilərin irəli mövqeləri ilə döyüşə girmədən tək və ya kiçik qruplar şəklində şəhərə mümkün qədər dərindən müdaxilə etməyə çalışıb. Düşmənin Pokrovskda əsas məqsədi dron və ya minaatanların mövqelərini mümkün qədər yaxınlaşdırmaqdır”, - məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью