Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Rusiya dərhal təhlükəli təxribatlara son qoymalıdır.
Axar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz Rusiyanın Polşa hava məkanını pozmasını şərh edərkən bildirib.
O, Berlinin Varşava ilə həmrəy olduğunu və NATO-nun alyans üzvü olan dövlətlərin ərazilərini müdafiə etməyə hazır olduğunu vurğulayıb:
“Avropa Birliyi və NATO-nun xarici sərhədlərinin müdafiəsini daha da gücləndirməliyik. Buraya, həmçinin pilotsuz uçuş aparatlarına qarşı mübarizə də daxildir. Qara dəniz sahilində yerləşən Bolqarıstan və Rumıniyada da bu cür insidentlərin, o cümlədən hər iki ölkənin ərazi sularında baş verdiyini müşahidə etmişik”.
Qeyd edək ki, NATO Polşanın hava məkanının pozulması ilə bağlı insidentdən sonra ölkəyə AVACS erkən xəbərdarlıq və idarəetmə sisteminə malik təyyarə yerləşdirib.