Rusiya dəstəyi dayandırdı: Pulsuz qalıblar

06.12.2024

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Abxaziyada dövlət sektorunda çalışanlara maaş vermək üçün vəsait çatışmazlığı var.

Publika.az “Sputnik”ə istinadən xəbər verir ki, bunu qondarma respublikanın “maliyyə naziri” vəzifəsini icra edən Vladimir Delbaya bildirib.

Qeyd olunur ki, bu, Rusiya Federasiyasından maliyyə yardımının dayandırılmasından sonra baş verib.

“Bütün büdcə pulları Rusiyadan gələn elektrik enerjisinin ödənilməsinə gedir. Və bu dəqiqə hətta yerli təhlükəsizlik qüvvələri də maaş almır”, - Delbaya bildirib.

Sentyabrın 1-dən Rusiya Federasiyası Abxaziyaya maliyyə dəstəyini rəhbərliyin öhdəlikləri yerinə yetirməməsi səbəbindən dayandırıb.

Tural

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью