Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev ABŞ-ın tətbiq etdiyi sanksiyalara baxmayaraq, BMT-yə üzv ölkələrin polis rəislərinin sammitində iştirak etmək üçün Nyu Yorka səfər edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
“Səfər çərçivəsində nazirin bir sıra ikitərəfli görüşləri də planlaşdırılıb. Kolokoltsevin 2018-ci ildə ABŞ sanksiyalarına məruz qaldıqdan sonra bu ölkəyə ikinci səfəridir. Həmin sanksiyalar ABŞ ərazisinə girişə məhdudiyyət nəzərdə tutur. Bu səbəbdən 2022-ci ildə Rusiya DİN nümayəndə heyətinə ABŞ vizası verilməmişdi”, - o deyib.