Rusiya DİN dən Şahin Şıxlinskinin axtarışı barədə rəsmi məlumat

30.07.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

O, Daxili İşlər Nazirliyinin rəsmi məlumat bazasına daxil edilib. 

"Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır", - deyə məlumatda qeyd olunub. Lakin sözügedən cinayətin nədən ibarət olduğu açıqlanmayıb. 

Rusiya KİV-lərindən birinin məlumatına görə, Şıxlinski Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiqi) ilə şübhəli bilinə bilər. 

Ağarza Elçinoğlu


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью