Rusiya diplomatı XİNə çağırıldı

06.01.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

Rusiya diplomatı Dnestryanıdakı enerji böhranı ilə bağlı mövqeyini bildirdikdən sonra Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Modern.az xəbər verir ki, XİN-in mətbuat katibi Tatyana Barak məlumat verib.

Onun sözlərinə görə, Rusiya diplomatik missiyasının bu cür bəyanatları Kişinyovla Moskva arasında münasibətlərə mənfi təsir göstərir

Qeyd edək ki, Ukrayna ərazisindən qaz tranziti dayandırıldıqdan sonra Dnestryanı regionunda enerji böhranı yaşanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью