Rusiya dizel ixracına qadağanın vaxtını uzadacaq

26.08.2026

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Rusiya hökuməti tezliklə istehsalçılar üçün hazırda qüvvədə olan dizel yanacağı ixracına qoyulan qadağanın 1 sentyabra qədər uzadılması ilə bağlı qərar qəbul edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Energetika Nazirliyi məlumat verib. Məlumata görə, istehsalçılar üçün dizel yanacağı ixracına qoyulan qadağanın sentyabrın 1-dən uzadılması ehtimalı hazırda nəzərdən keçirilir. Rusiya hökumətinin bununla əlaqədar tezliklə qərar verəcəyi gözlənilir.
Energetika Nazirliyi vurğulayıb ki, mövsümi sahə işləri zamanı kənd təsərrüfatı istehsalçılarının da daxil olmaqla, daxili yanacaq ehtiyaclarının tam ödənilməsi prioritet olaraq qalır. Nazirlik əlavə edib ki, ixracın mümkünlüyü mövcud yanacaq balansına, istehsal həcmlərinə və ehtiyatlarına, eləcə də daxili tələbat dinamikasına əsasən müəyyən ediləcək.
Anar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью