Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Nazirlər Kabineti dizel məhsullarının ixracına qoyulan qadağanın müddətini daha üç ay uzadıb.
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, yeni qərar 2027-ci ilin yanvarın 31-dək qüvvədən qalacaq.
Bildirilir ki, qadağa ölkənin daxili yanacaq bazarında sabitliyin qorunması məqsədilə tətbiq edilir.
Nəzərə çatdıraq ki, Rusiyada yanacağın ixracına ümumi qadağa 2027-ci il yanvarın 31-dək qüvvədədir. Lakin dizel və gəmi yanacağı, eləcə də qazoyl istehsalçıları üçün xüsusi məhdudiyyət oktyabrın 31-dək nəzərdə tutulmuşdu.