Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Noyabrın 29-da axşam saatlarında Rusiya qoşunları Ukraynanın Dnepr şəhərinə zərbə endirib. Şəhərin mərkəzində yerləşən çoxmərtəbəli yaşayış binasına mərmi düşməsi nəticəsində yanğın baş verib, ölən və yaralananlar var.
Bizim.Media xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja özünün "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində bir nəfər həlak olub, iki nəfər isə xəsarət alıb.
Yaralananlar arasında 6 yaşlı oğlan uşağı da var. Orta-ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən azyaşlıya tibbi yardım göstərilir. Vilayət rəhbəri qeyd edib ki, gün ərzində Rusiya ordusu pilotsuz uçuş aparatları ilə vilayətin dörd rayonuna 40-dan çox hücum təşkil edib.
Nəticədə Nikopol, Sinelnikovski rayonlarında və Kamenskoye şəhərində dağıntılar qeydə alınıb, Nikopolda 47 yaşlı kişi yaralanıb.
Hazırda zərbə endirilən yaşayış binasının ərazisində bütün fövqəladə xidmət orqanları fəaliyyətini davam etdirir.
Bizim.Media