Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya ordusu Dneprdə (Ukrayna) dəmir yolu vağzalına reaktiv dronla zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyası məlumat yayıb.
Hücum nəticəsində 13 nəfər ölüb, ən azı 5 isə nəfər yaralanıb.
Məlumata görə, zərbə vağzalın platformalarından birinə dəyib və həmin vaxt orada Dnepr - Zaporojye marşrutu üzrə hərəkət edən 866 nömrəli elektrik qatarı olub.
Elan edilmiş yüksək təhlükə səviyyəsinə baxmayaraq, platformada insanlar olub.
Xilasedicilər, tibb işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.