Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Rusiya qoşunları Dnepr şəhərinə raket zərbəsi endirib.
KONKRET.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət şurasının rəhbəri Nikolay Lukaşuk məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində 3 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Yaralananlardan 12-si xəstəxanaya yerləşdirilib, onlardan 6-nın vəziyyəti ağırdır.
“Suspilne” nəşri bildirir ki, hücum nəticəsində texniki xidmət stansiyası və bir müəssisə zədələnib.
Müşviq Tofiqoğlu
KONKRET.az