Rusiya Dodikin təqibini pisləyir

27.02.2025

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

“Bu, təkcə Bosniya və Herseqovinada deyil, bütövlükdə Balkanlarda çox mənfi nəticələrə səbəb ola bilər”

Rusiya Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikin təqibini pisləyir və bunu siyasi hesab edir. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Sarayevoda baş verənlərə əlbəttə, bizim reaksiyamız mənfidir. Biz bu cür hərəkətləri pisləyirik. Çünki bu, təkcə Bosniya və Herseqovinada deyil, bütövlükdə Balkanlarda çox mənfi nəticələrə səbəb ola bilər”, - Kremlin sözçüsü jurnalistlərin Dodikin məhkəməsi ilə bağlı sualına cavabında deyib.

Qeyd edək ki, bundan əvvəl Bosniya və Herseqovina məhkəməsi tərəfindən qiyabi olaraq bir il həbs cəzası alan Dodik tərəfdarlarını narahat olmamağa çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью