Icma.az, Yenisabah saytına istinadən bildirir.
Liviyanın Benqazi şəhəri sahillərində Rusiya kölgə donanmasına məxsus daha bir tanker zərbəyə məruz qalıb. Hadisə ilə bağlı yayılan məlumatlarda hücum vasitələrinin buraxılış nöqtəsinə dair fərqli iddialar irəli sürülüb.
“Yeni Sabah” xəbər verir ki, hücum vasitələri Qərbi Liviyadan deyil, Albaniyadan buraxılıb və bu buraxılış Şərqi Liviya tərəfi tərəfindən aşkarlanıb. Mənbə həmçinin "Qərbi Liviya" versiyasının Ukrayna mənbələri tərəfindən yayılmış yayındırma cəhdi olduğunu iddia edib.
Aralıq dənizi və Liviya sahillərində gəmilərə qarşı baş verən insidentlərlə bağlı rəsmi qurumlardan hələlik təsdiqlənmiş yekun açıqlama verilməyib. Elektronika məhsulları