Rusiya Donetskdə irəliləyir: Bir neçə məntəqədə bayraqlar qaldırıldı

12.01.2025

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Donetsk vilayətində Rusiya ordusunun bir neçə yaşayış məntəqəsində irəliləyiş əldə etdiyi bildirilir.

Musavat.com-un "DeepState"ə istinadən məlumatına əsasən, Rusiya qüvvələri Toretsk, Orexovo-Vasilevka, Yasenovo və Zelenoe bölgələrində mövqelərini irəlilədib.

Bundan əlavə, Vozdvijenka, Nadejdinka, Lısovka, Solenoe və Velikaya Novoselka ətrafında da Rusiya qoşunlarının aktiv hərəkətləri qeydə alınıb.

Yanitarnoe kəndində vəziyyət dəqiqləşdirilir. Sosial şəbəkələrdə yayılan görüntülərdə bu kəndin mərkəzində Rusiya bayrağının ucaldıldığı əks olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью