Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Rus işğalçıları Donetsk vilayətinin Dobropolye sektorunda təşəbbüsü tamamilə itirdikləri üçün qisas almağa hazırlaşırlar.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərlə görüşü zamanı bildirib.
"Dobropolye - asan deyil. Əməliyyatımız davam edir. Baş komandan dedi ki, cənubda təxminən 2,5-3 kilometr ərazini ruslardan təmizləyiblər. Rusiya orada təşəbbüsü tamamilə itirdiyini başa düşür və biz onların qisas almağa hazırlaşdıqlarını başa düşürük”, - Zelenski qeyd edib.