Rusiya Donetskin bu ərazisini də işğal etdi

08.12.2024

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın “Şərq” qoşun qruplaşmasının bölmələri Donetskin Blaqodatnoye kəndini işğal edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Konstantinopol, Vremevka, Neskuçnoye və Boqatır yaşayış məntəqələrinə Ukrayna hərbçilərinin əks-hücumunun qarşısı da alınıb.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri bir gündə 190-dək hərbi qulluqçu, iki 152 mm-lik "Akatsiya" özüyeriyən artilleriya qurğusu, iki "MaxxPro" zirehli döyüş maşını və 155 mm-lik "Paladin" özüyeriyən artilleriya qurğusunu itirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью