Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Dövlət Dumasında iclaslar zamanı deputatların şəklini çəkməyi qadağan edilib.
AzPost Vedomosti”yə istinadən bildirir ki, qadağa Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin iradından sonra tətbiq edilib.
Fotojurnalistlər adətən plenar zalın balkonundan çəkiliş aparırlar.
21 yanvardan etibarən fotoqrafların balkondan çıxması məhdudlaşdırılıb və yalnız videooperatorlar qalıb.
“Vedomosti”nin məlumatına görə, qadağa Dövlət Dumasının spikeri Vyaçeslav Volodin fotoqrafları deputatları lağa qoymaqda və onları “pis tərəfdən izləmək və təqdim etmək” cəhdində günahlandırmasından sonra tətbiq edilib.
Deputatlar və fotoqraflar arasında münaqişə 13 yanvarda, yaz sessiyasının plenar iclasının ilk günündə, parlament üzvləri Yeni il tətilindən qayıtdıqda daha da şiddətlənib.
Bir mənbə “Vedomosti”yə bildirib ki, bir sıra deputatlar fotoşəkillərdə göründüklərindən narazı olublar.