Rusiya dron hücumlarına görə daha bir nəfəri axtarışa verdi | Icma.az
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Daxili İşlər Nazirliyi hərbi aerodromlara hücumda iştirak etdiyi iddia edilən şəxsin həyat yoldaşı Yekaterina Timofeyevanı axtarışa verib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarışda olanlar siyahısında məlumat yer alıb.
Bundan öncə isə Daxili İşlər Nazirliyi Ukraynanın Rusiya ərazisindəki hərbi aerodromlara hücumunda şübhəli bilinən Artem Timofeyevin axtarışını elan edib.
Xatırladaq ki, 1 iyunda Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın dərinliklərindəki aerodromlara zərbələr endirib.
“Hörümçək toru” adlanan bu əməliyyat nəticəsində strateji raket daşıyıcıları da daxil olmaqla, Rusiyanın 41 təyyarəsi məhv edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu