Rusiya dron sürüsü ilə hücuma keçdi Ukrayna məlumat yaydı

30.01.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Yanvarın 29-da gecə saatlarında Rusiya Ukraynaya ballistik raket və 111 PUA ilə hücum edib, onların 80-i neytrallaşdırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb.

“Ruslar Voronej bölgəsindən İsgəndər-M ballistik raketi, eləcə də “Şahed”, “Gerbera”, “Italmas” və digər tipli 111 PUA ilə hücuma keçib. Hava hücumu aviasiya, zenit-raket qoşunları, elektron müharibə və pilotsuz sistem bölmələri, həmçinin Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib.

Ballistik raket və 25 dron hədəfə dəyərək zərər vurub”, – məlumatda qeyd edilib.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью