Rusiya dronları Polşaya partladıcı keçiribmiş

17.11.2025

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sentyabrın 9-dan 10-na keçən gecə Polşanın hava məkanına daxil olan Rusiya pilotsuz uçuş aparatlarının bir hissəsi partlayıcı maddə daşıyıb.

Redaktor.az Ukrayna mediasına istinadən yazır ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanı general-leytenant Matsey Kliş açıqlama verib.

O qeyd edib ki, sentyabr ayında Rusiya dronlarından gələn təhlükə Polşa üçün real təhlükə idi.

Xatırladaq ki, sentyabrın 10-na keçən gecə 20-yə yaxın Rusiya pilotsuz uçuş aparatı Polşanın hava məkanına keçmişdi. Hava hücumundan müdafiə qüvvələri dörd dronu vurmuş, qalanları isə 11 yaşayış məntəqəsində, o cümlədən biri hərbi bazanın ərazisində düşmüşdü.

Polşa KİV-lərinin məlumatına görə, dronların hədəfi NATO bazası olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью