Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərbaycan tərəfi qəzanın baş vermə səbəblərinin araşdırılmasının nəticələrinə görə birinci növbədə Rusiyadan üzrxahlıq tələb etməlidir.
Necə ki, 2020-ci il noyabrın 9-da müharibə getdiyi bir dönəmdə Azərbaycan sərhədləri üzərində Rusiyaya məxsus hərbi helikopterin tərəfimizdən vurulmasından sonra Azərbaycan dövləti qarşı tərəfdən həm üzr istədi, həm də təzminat ödədi.
Eynilə Rusiya da bunu etməlidir. Baxmayaraq ki, Qroznı müharibə zonası deyil, hava məkanı qapadılmamışdı, amma Azərbaycanın sərnişin təyyarə
Bunlara görə Rusiya cavabdehlik daşımalıdır”.Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Fuad Abbasov deyib.
O bildirib ki, Rusiya öz mövqeyini məntiqli bir şəkildə izah etməlidir:“Nə üçün sərnişin təyyarəsini qəbul etmədilər?
Əlbəttə, Rusiya bir şey fikirləşib deyəcək, amma məsələ bunun bizi qane edib-etməyəcəyidir.
Əgər Rusiyanın üzrlü bir səbəbi var idisə, Azərbaycan təyyarəsini vurduqdan sonra yaxın hava limanlarına qəbul etməməsinin səbəbini göstərsə, biz onun üzrünü qəbul edə bilərik.