Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2026-cı ilin aprel ayına olan məlumata görə, Rusiya ərazisində olan xarici ölkə vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 700 min nəfər azalaraq 6,1 milyona düşüb.
"Cebheinfo.az" xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının 5 may tarixində yayımladığı statistikaya əsasən, ilin ilk rübdə ölkəyə daxil olan əcnəbilərin sayı əvvəlki illə müqayisədə 15 % azalaraq 2,5 milyon nəfər olub.
Bu girişlərin təxminən 1,8 milyonunu MDB ölkələrinin vətəndaşları təşkil edib.Təhlükəsizlik Şurası bu dövr ərzində 7 100 müvəqqəti yaşayış icazəsi (RVH) və 32 000 daimi yaşayış icazəsinin (VNH) verildiyini bildirib.
Hər iki kateqoriya üzrə illik müqayisədə dörddə birdən çox azalma qeydə alınıb. Hazırda Rusiyada müvəqqəti yaşayış icazəsi ilə 72 600, daimi yaşayış icazəsi ilə isə 581 000 əcnəbi yaşayır.
1 aprel 2026-cı il tarixinə Rusiyada etibarlı iş patenti olan əcnəbilərin sayı 1,7 milyon nəfər olaraq qeydə alınıb.İlin ilk yarısında isə iş icazəsi alan əcnəbilərin sayı ötən ilin eyni dövrünə nisbətən təxminən 37 % artaraq 214 minə yüksəlib.
Təhlükəsizlik Şurası xatırladıb ki, 1 dekabr 2024-cü ildən bəri Rusiyaya daxil olan əcnəbilərdən biometrik məlumatların toplanması ilə bağlı sınaq layihəsi həyata keçirilir.
Bu müddət ərzində 10,5 milyon nəfərin məlumatları toplandığı halda, saxta sənədi olan və ya giriş qadağası qoyulmuş 56 mindən çox şəxs aşkar edilib.
1 iyun 2025-ci ildən start verilən sınağın ikinci mərhələsində əcnəbilərdən məlumatlarını mobil tətbiq vasitəsilə göndərmələri istənilib.
Bu imkandan təxminən 136 min nəfər yararlanıb. Bundan əlavə, çoxfunksiyalı mərkəzlər vasitəsilə 2,2 milyon əcnəbinin genom məlumatları toplanıb.
2025-ci ilin sentyabr ayından etibarən Moskva və Moskva vilayətinə vizasız gələn əcnəbilərin mobil tətbiq yükləyərək məkan məlumatlarını bildirmələri məcburi hala gəlib.
Təhlükəsizlik Şurası son səkkiz ayda 2,5 milyon əcnəbinin bu prosedurdun keçdiyini qeyd edib.
2026-cı ilin ilk rübündə əcnəbilər tərəfindən törədilən cinayətlərin sayı 7 600 olaraq qeydə alınıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 39 % azalma deməkdir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin