Rusiya əks kəşfiyyatının Bryanskda xüsusi əməliyyatı ölənlər var

20.08.2025

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) yaydığı məlumata əsasən, saxlanılan TKQ Xüsusi Əməliyyatlar Xidmətinin əməkdaşlarından ibarət olub və Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) tərəfindən idarə edilib. FTX bildirib ki, qrupun üç üzvü saxlanılıb, daha üç nəfər isə həbs zamanı öldürülüb.
“Saxlanılan zaman təhlükəsizlik qüvvələri tərəfindən 6 tüfəng, 16 kiloqram partlayıcı maddə, qumbara və patron, həmçinin BKİ rəhbərliyi ilə əlaqə saxlamaq üçün radiostansiya aşkar edilərək götürülüb. Saxlanılan şəxslər 2024-cü ilin sentyabrında Belqorod vilayətinin Novoskolski rayonunda dəmir yolunun partladılmasında və digər terror aktlarının hazırlanmasında iştirak etdiklərini etiraf ediblər”, - məlumatda vurğulanır.
Rusiya əks-kəşfiyyatının iddiasına görə, TKQ-nin üzvləri “Qərb kəşfiyyatçılarının iştirakı ilə” Ukraynada, həmçinin Litva, Estoniya və Norveçdə təlim keçiblər.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью