Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.
Baş verən faciəvi təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələrinə əsasən, müəyyən edilib ki, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.
Publika.az xəbər verir ki, Azərbaycan Prezidentinin bu gün AzTv-yə müsahibəsi zamanı qətiyyətli çıxışından əl-ayağa düşən ruslar, Çeçenistan ərazisində olan və sərnişin təyyarəmizi vuran həmin "Pantsir-S" HHM sistemini Qroznıdan çıxarıblar.
Sosial şəbəkədə HHM sisteminin Qrozından çıxarıldığını əks etdirən foto da yayılıb.
Həmin fotonu təqdim edirik: Hüseyn İbadlı Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.