Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Rusiya ordusu 2026-cı ilin oktyabrında 54 400 hərbçisini itirib. Bu, 2022-ci ildə başlayan genişmiqyaslı müharibədən bəri qeydə alınan ən yüksək aylıq göstəricidir.
Bizim.Media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rusiyalı hərbçilərin öldürülən və ya ağır yaralananlardan ibarət ümumi itkisinin 54 400 nəfər olduğunu açıqlayıb.
Bununla da Rusiya ordusunun itkiləri ardıcıl dördüncü aydır 40 min nəfəri ötüb.
ISW analitiklərinin hesablamalarına əsasən, Rusiya oktyabrda Ukraynada 139,85 kvadratkilometr ərazi ələ keçirib, 167,14 kvadratkilometr əraziyə nəzarəti isə itirib. Beləliklə, işğalçı qüvvələrin xalis ərazi itkisi 27,29 kvadratkilometr təşkil edib.
Hesabatda bildirilir ki, Rusiya ordusu cəbhənin böyük hissəsində təşəbbüsü və hücum imkanlarını itirib. Ukrayna qüvvələri Kupyansk, Liman və Aleksandrovsk istiqamətlərində təşəbbüsü ələ keçirib.
Bizim.Media