Rusiya enerji və nüvə elektrik stansiyalarına zərbələr endirməyə hazırlaşır

22.01.2026

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Ukraynada nüvə elektrik stansiyalarına xidmət göstərənlər də daxil olmaqla enerji və infrastruktur obyektlərinə yeni zərbələr endirməyə hazırlaşdığı barədə məlumat yayılıb.

Reyting.az xəbər verir ki, bunu Ukraynanın Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəsinin müavini Rostislav Palaçusinets bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya məxsus enerji sektoruna və infrastruktura, o cümlədən nüvə elektrik stansiyalarına xidmət göstərən obyektlərə və şəbəkələrə növbəti zərbələr endirməyə hazırlaşması barədə məlumat əldə ediblər.

ATƏT Təhlükəsizlik Forumunda çıxış edən Ukrayna təmsilçisi qeyd edib ki, sərt qışın ortasında Rusiyanın enerji sektoruna hər bir hücumu ABŞ da daxil olmaqla əsas dövlətlərin müharibəni dayandırmaq səylərini sarsıdır:

“Ukrayna diplomatiyada son dərəcə konstruktivdir, Rusiya isə yalnız zərbələrə və insanlara qarşı zorakılığa diqqət yetirir”.

Diplomat təkcə bu istilik mövsümündə Rusiya tərəfindən Ukraynanın enerji və kritik infrastrukturuna 256 dəfə hücum olduğunu və 11 yanvardan etibarən enerji obyektlərinə demək olar ki, hər gün hücumlar baş verdiyini xatırladıb.

V. QULİYEV


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью