Rusiya erməni səfiri mükafatlandırdı

03.11.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın ölkədəki səfiri Qurgen Arsenyan ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Görüşdən sonra erməni diplomata Rusiya Xarici İşlər Nazirliyinin "Əməkdaşlığa görə" nişanı təqdim edilib.

Bildirilib ki, Q.Arsenyan mükafatı Rusiya-Ermənistan münasibətlərinin inkişafı və möhkəmləndirilməsinə verdiyi töhfəyə görə alıb.

Tərəflər həmçinin bir sıra ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью