Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Ermənistan 2026-cı ilin dekabr ayına qədər Avropa İttifaqına qoşulmaq və ya Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünü saxlamaqla bağlı milli referendum keçirmək barədə qərar verməlidir. Həmin vaxt İrəvanla bağlı mümkün əlavə addımlar məsələsi AİB üzv dövlətlərinin dövlət başçılarının görüşündə müzakirə olunacaq”.
“Cebhenfo.az” xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bunu TASS-a verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, referendum çağırışı həmin vaxta qədər eşidilməsə, liderlər müvafiq birgə addımları müəyyən edərkən bu faktı nəzərə alacaqlar.
Rusiya xarici işlər nazirinin müavini xatırladıb ki, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan prezidentlərinin 29 mayda Ermənistanın Avropa istəkləri ilə bağlı birgə bəyanatında konkret tarix göstərilmədən, həmin ölkədə Aİ-yə qoşulmaq və ya AİB-də qalmaqla bağlı milli referendumun mümkün qədər tez keçirilməsinin zəruriliyi vurğulanıb.
Xəzər
“Cebheinfo.az”
Açar sözlər: Rusiya Ermənistan
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin