Icma.az bildirir, Moderator.az portalına istinadən. Rusiyanın işğal dönəmində Ermənistana genişmiqyaslı hərbi yardımlar göstərməsi ilə bağlı
Bəlli olub ki, Tovuz döyüşlərindən sonra Rusiyanın Ermənistana hərbi yardımları daha ciddi və mütəmadi hal alıb.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu, Rusiyanın Birinci Qarabağ müharibəsi zamanı da Ermənistana ciddi yardımlar göstərdiyini vurğulayıb: “Rusiya Birinci və İkinci Qarabağ müharibəsində Ermənistana açıq və gizli şəkildə daim dəstək verib.
Rusiya Birinci Qarabağ müharibəsində bunu açıq edirdi. Azərbaycan o zaman rus hərbi maşınına qarşı da savaşırdı.
Bəlkə də Rusiya olmasaydı, biz Birinci Qarabağ müharibəsində torpaqlarımızı uğurla müdafiə edər, onların işğal edilməsinin qarşısını alardıq.
İkinci Qarabağ müharibəsində isə Rusiya Ermənistana gizli şəkildə dəstək verməyə çalışdı. Bu barədə faktlar müharibə dönəmində də ortadaydı.
Azərbaycanın dövlət başçısı hələ o zaman vurğulayırdı ki, “İsgəndər” raketləri Ermənistana verilməməli id.
Bu da bir reallıqdır ki, Rusiya heç vaxtı Azərbaycaan qarşı təxribatçı siyasət yürütdüyünü etiraf etməyib.