Rusiya Ermənistana qaz nəqlini dayandırdı

13.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Rusiyadan Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb qaz kəmərinin bir hissəsində bərpa işlərinin aparılmasıdır. 

Bildirilib ki, Gürcüstan ərazisində Şimali Qafqaz - Transqafqaz tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində aparılan təmirlə əlaqədar bu gün saat 10:00-dan noyabrın 14-ü saat 22:00-dək qaz təchizatı dayandırılır.

Şirkətdən bildirilib ki, bu müddət ərzində daxili ehtiyatlar və İrandan alınan əlavə həcmdə təbii qaz tədarükü hesabına qaz təchizatı təmin ediləcək.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью