Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya hökuməti Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyünün dayandırılmasının mümkün nəticələrini açıqlayıb.
“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın birgə hesabatında Ermənistana satılan təbii qazın qiymətinin artırılacağı bildirilir.
Qeyd olunur ki, Avropa İttifaqı qaydalarına riayət edilməsi Aİİ qarşısında öhdəliklərin pozulmasına səbəb olacaq.
Bu da Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstana Ermənistanın ittifaqdakı iştirakını dayandırmağı nəzərdən keçirmək üçün əsas verəcək.
Ermənistanın Aİİ-də üzvlüyünün dayandırılması gömrük nəzarətinin və vergitutmanın bərpasını nəzərdə tutacaq.
Bundan başqa, Ermənistana satılan qaz qiymətləri 69 faiz arta bilər.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin