Rusiya Ermənistana xərçəngə qarşı vaksin satdı

02.08.2025

Icma.az bildirir, Medicina saytına əsaslanaraq.


Rusiyada ilk dəfə sidik kisəsi xərçənginə qarşı peyvəndi qeydə alınıb.

“Medicina” xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyi sidik kisəsi xərçənginin immunoterapiyası üçün “İmuron-vac” peyvəndini qeydiyyata alıb.

Bu peyvənd Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən yaradılıb.

Vaksin artıq sidik kisəsi xərçənginin cərrahi müalicəsindən sonra immunoterapiya kimi istifadə olunur və MDB ölkələrində böyük tələbat var.

Yaxın vaxtlarda böyük bir partiyanın Ermənistana göndərilməsi planlaşdırılır.

Alimlər vaksinin gələcəyinə görə əmindirlər.


Aygün Musayeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью