Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib

29.11.2024

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Ermənistandakı səfirliyində müdafiə məsələləri üzrə yeni hərbi attaşe vəzifəsinə polkovnik Aleksandr Qoryanov təyin edilib.

Bu barədə “Report” Ermənistan KİV-lərinə istinadən məlumat verir.

Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiyanın səfiri Sergey Kopırkinlə görüş keçirib. Diplomat nazirə yeni təyin olunmuş hərbi attaşeni təqdim edib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью