Rusiya Ermənistana yeni sistem verdi: 200 təyyarə…

20.05.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın "Rostex" dövlət korporasiyası Ermənistana dağlıq ərazilərdə təyyarələrin naviqasiyasına kömək edən avadanlıq verib. Söhbət "Azimut" şirkətinin VOR/DME 2700 çox istiqamətli radiomayakından gedir.

Axar.az xəbər verir ki, bu barədə "Azimut" şirkətinin vitse-prezidenti Aleksey Qalçenkov məlumat verib.

Avadanlıq Sisian şəhərində quraşdırılıb və eyni anda 200-ə yaxın təyyarəni izləmək imkanına malikdir.

"Biz VOR/DME 2700-ün Ermənistanda sınaqlarını başa çatdırdıq, bu da təyyarələrin dağlıq ərazilərdə və pis hava şəraitində hava yollarında naviqasiya etməsinə imkan verəcək”, - Galçenkov bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью