Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Rusiya istəyir ki, Ermənistanda tamamilə Rusiyaya tabe olan və Rusiya maraqlarına xidmət edən bir hakimiyyət olsun”.
Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:
“Paşinyan isə açıq şəkildə Rusiyanın diktə etdiyi siyasətçi kimi davranmır.
Rusiya bəzi məsələlərdə təzyiq göstərir, amma açıq konfrontasiyaya getmir. Çünki Rusiyanın resurs xərclədiyi və xal qazandırmaq istədiyi qüvvələr – məsələn, Erməni kilsəsi Paşinyan hakimiyyətini devirmək iqtidarında deyillər. Ona görə Rusiya Paşinyanı açıq-aqressiv şəkildə hakimiyyətdən kənarlaşdırmaq istəmir, amma alternativ tapmaq da çətindir. Məsələn, kilsəyə üstünlük vermək mümkün deyil, Rusiya çünki kilsədə, Hakop Qarapetiyan kimi şəxslərdə həmin resursları görmür”.
Deputat əlavə edib ki, Rusiya davamlı olaraq Paşinyana təzyiqlər göstərir ki, ən azından Ermənistandakı silah bazalarının çıxarılması, Rusiyanın resurs və nüfuzunun sıfıra endirilməsi baş verməsin:
“Ola bilsin Kremldə hesab edirlər ki, Ukrayna məsələsini həll olunduqdan sonra Ermənistanla münasibətlər normallaşar. Amma indi açıq konfrontasiya. Məsələn, ABŞ və Avropa İttifaqı ilə Rusiyanın maraqlarına uyğun deyil.
ABŞ-nin dünyanın ən böyük səfirliklərindən biri Ermənistanda yerləşir. Bu da göstərir ki, Ermənistanda hakimiyyətini dəyişmək Rusiyanın düşündüyü qədər asan məsələ deyil. Ukraynadan əlavə konfrontasiyanın açılması hal-hazırda Rusiyanın maraqlarına da uyğun deyil”.
Şəbnəm