Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Rusiya Federasiyası Ermənistandakı səfirini əvəz etmək üçün yeni namizəd axtarışındadır.
Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, fəaliyyətdə olan səfir Sergey Kopırkinin əvəzlənməsi ehtimalı ətrafında müzakirələr yenidən gündəmə gəlib. Diplomatın Ermənistandakı missiyasını yanvar ayınadək yekunlaşdıracağı ehtimal olunur.
Məlumata görə, 2018-ci ilin aprel ayında bu vəzifəyə təyin olunan S.Kopırkin ötən müddət ərzində nə Ermənistan hakimiyyəti, nə də Rusiyaya meylli siyasi xadimlərlə səmərəli tərəfdaşlıq əlaqələri qura bilib.
Qeyd olunur ki, həm Rusiyada, həm də Ermənistanda o, indiyədək bu ölkədə fəaliyyət göstərmiş ən uğursuz rusiyalı diplomatlardan biri kimi qiymətləndirilir.
Məlumata görə, Ermənistanda anti-Rusiya meyillərinin güclənməsində diplomatın da müəyyən dərəcədə məsuliyyət daşıdığı güman edilir. Vurğulanır ki, səfirlərin əvəzlənməsi prosesinə ikitərəfli müstəvidə baxılır: əgər Ermənistan Rusiyadakı səfirini dəyişərsə, Moskva da qarşılıqlılıq prinsipinə əsasən İrəvandakı nümayəndəsini yeniləməli olacaq.