Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın AİB və Aİ-yə üzvlük arasında mümkün qədər tez qərar verməsini istəyirlər.
Azpost.info bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova RİA Novosti agentliyinə deyib. “Rusiya, digər üç AİB ölkəsi – Belarus, Qazaxıstan və Qırğızıstan kimi – bu məsələdə mümkün qədər tez aydınlıq istəyir”, -deyə Zaxarova vurğulayıb.
O, dörd Birlik ölkəsinin liderlərinin 29 may tarixli Birgə Bəyanatında Ermənistanda mümkün qədər tez milli referendum keçirilməsinin vacibliyini vurğulamasının təsadüfi olmadığını vurğulayıb. Çünki bu, ölkənin millətlərarası beynəlxalq təşkilatlara üzvlüyü ilə bağlı qərar vermək üçün Ermənistan Konstitusiyasında nəzərdə tutulan yeganə mexanizmdir.
Bununla yanaşı Mariya Zaxarova bildirib ki, Ermənistan bütün hüquq və öhdəliklərini qoruyaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalır. “İki ildən çoxdur ki, Ermənistan KTMT tədbirlərində iştirak etməkdən çəkinir, eyni zamanda bütün müvafiq hüquq və öhdəliklərini qoruyub saxlayır”.