Rusiya Ermənistandan xəbər gözləyir Kopirkin

25.11.2024

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Rusiya Ermənistanın Avrasiyada bərabər və bölünməz təhlükəsizlik sisteminin inkişafında iştirak etməsini gözləyir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin “İzvestiya”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya-Ermənistan müttəfiqliyinin əməkdaşlıq, o cümlədən KTMT çərçivəsində alternativi yoxdur:

“Rusiya Ermənistanın təhlükəsizliyini həm ikitərəfli formatda, həm də KTMT çərçivəsində təmin etmək üzrə öhdəliklərinə sadiq qalır”.

Kopirkin həmçinin Moskvanın Ermənistan və Azərbaycan arasında sülhün tezliklə təmin olunmasında maraqlı olduğunu vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью