Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın Energetika naziri Sergey Tsivilevdən Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə ünvanlanmış məktub alıb.
Mediada yer alan məlumata görə, məktubda Rusiya Ermənistanı Yerevanın Aİ-yə üzvlük prosesini davam etdirəcəyi təqdirdə qaz, neft məhsulları və xam almaz tədarükü ilə bağlı müqaviləni birtərəfli qaydada dayandıracağı və ya ləğv edəcəyi ilə hədələyib.
XİN-in sözçüsü Ani Badalyan Armenpress-ə bildirib ki, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə ünvanlanmış məktub qəbul edilib, göndərilib, nəzərdən keçiriləcək və Ermənistan tərəfi lazım olduqda cavab verəcək.
Paylaş