Rusiya Ermənistanın KTMTdən çıxmaqla bağlı müraciətindən xəbərsizdir Zaxarova

11.12.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) bu strukturdan çıxmaq xahişi ilə rəsmi müraciət edib-etməməsi barədə Rusiya tərəfində etibarlı məlumat yoxdur.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“KTMT-nin İrəvandakı rəsmilərdən bu strukturu tərk etmək barədə hər hansı sənəd alıb-almadığını, bu barədə heç nə bilmirik. Biz bu barədə Ermənistan nümayəndələrindən soruşmalıyıq”, - o qeyd edib.

Zaxarova KTMT-nin maliyyələşdirilməsi mövzusuna da toxunub. Onun sözlərinə görə, bu, digər beynəlxalq strukturlardan çox da fərqlənmir. KTMT-nin büdcəsi üzv dövlətlərin ortaq töhfələri hesabına formalaşır. 

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью