Rusiya Ermənistanla bağlı QƏRAR VERDİ

15.11.2024

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyadan Gürcüstan vasitəsilə Ermənistana qaz tranziti müvəqqəti olaraq dayandırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik-Gürcüstan”a istinadən xəbər verir ki, Gürcüstan ərazisində aparılan təmir-bərpa işləri ilə əlaqədar Ermənistana qazın verilməsi dayandırılıb.

Məlumatda bildirilir ki, qaz təchizatının bu gün saat 22:00-dək bərpa olunması planlaşdırılır.

“Qazprom Ermənistan” şirkətinin məlumatına görə, qeyd olunan müddət ərzində respublika istehlakçılarının qaz təchizatı məhdudiyyətsiz həyata keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью