Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan Rusiya Federasiyasının strateji tərəfdaşı və müttəfiqidir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşü zamanı deyib.
Ötən ilin ikitərəfli münasibətlər baxımdan çətin keçdiyinə diqqət çəkən Rusiya XİN rəhbəri öləkəsinin mehriban qonşuluq münasibətlərinin inkişafında maraqlı olduğunu vurğulayıb.
“Mən əminəm ki, biz indi bütün mövcud problemləri konstruktiv şəkildə nəzərdən keçirəcəyik.
Biz erməni xalqı, strateji tərəfdaşımız, müttəfiqimiz Ermənistanla qardaşlıq əlaqələrini həmişə yüksək qiymətləndirmişik və qiymətləndirməkdə davam edirik”, - Lavrov bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.