Rusiya Əsəd dövlət mühafizəsi ilə təmin edilib? Narışkin danışdı

14.12.2024

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Suriyanın keçmiş prezidenti Bəşər Əsədə dövlət mühafizəsinin təyin olunub-olunmamasından məlumatı yoxdur.

Sfera.az xəbər verir ki, o, TASS-ın bu barədə sualını cavablandırarkən “bilmirəm” deməklə kifayətlənib.

O, Əsədin mühafizəsinin etibarlı mühafizə olunub-olunmaması barədə sualın ona aid olmadığını deyib.

“Bu, mənə aid olan sual deyil”,-deyə Sergey Narışkin bildirib.

Qeyd edək ki, Kreml Bəşər Əsədə sığınacaq verməyin şəxsən Rusiya prezidenti Vladimir Putinin qərarı olduğunu açıqlamışdı.

Hazırda Əsəd və ailə üzvləri Moskvadadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью