Rusiya Əsədə buna görə sığınacaq verdi Rəsmi

09.12.2024

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bəşər Əsəd və onun ailəsi Moskvadadır. Rusiya çətin vəziyyətlərdə dostlarını satmır.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.

O əlavə edib ki, bu, Rusiyanı ABŞ-dan fərqləndirir.

Xatırladaq ki, 8 dekabrda “Heyət Təhrir əş-Şam” Dəməşqi ələ keçirib və Əsəd rejimini devirib. Bəşər Əsəd və ailəsi Rusiyaya sığınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью