“Rusiya Əsədi dəstəkləməyə davam edir” Kreml

02.12.2024

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi verdiyi açıqlamada Suriya prezidenti Bəşər Əsədi dəstəkləməyə davam edəcəklərini vurğulayıb.

Sfera.az xəbər verir ki, Peskov açıqlamasında Rusiyanın müxalif qüvvələrin irəliləyişini diqqətlə izlədiklərini bildirib. O, gələcək fəaliyyətlərini bu təhlillərə əsasən planlaşdıracaqlarını deyib.

Peskov Rusiyanın mövqeyini hadisələrin gedişatına uyğun müəyyənləşdirəcəyini də vurğulayıb.

Suriyalı müxalif qruplar cümə gecəsi ölkənin ikinci böyük şəhəri olan Hələbi ələ keçirdikdən sonra Rusiya və Suriya müxalifətə qarşı hava hücumlarının intensivliyini artırıblar. Hücumlar nəticəsində 20-dən çox adam həlak olub.

Vasif

Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью