Rusiya Əsədi heç bir ölkəyə təhvil verməyəcək XİN

11.12.2024

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Beynəlxalq Cinayət Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həbsinə order verərsə, Rusiya onu başqa heç bir ölkəyə təhvil verməyəcək.

"Unikal" xəbər verir ki, bunun Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. 

"Prezident Əsəd Rusiyadadır. Belə bir vəziyyətdə mənim baş verənlər və vəziyyətin necə həll edildiyi ilə bağlı fərziyyələr irəli sürməyim düzgün olmazdı. Amma o, təhlükəsizdir, bu, Rusiyanın belə fövqəladə vəziyyətlərdə lazım olduğu kimi davrandığını göstərir", - deyə diplomat bildirib.

Rusiya XİN rəhbərinin müavini həmçinin bildirib ki, Rusiya Suriyadakı vəziyyətin ölkənin parçalanmasına gətirib çıxarmayacağına ümid edir. 

Ağarza Elçinoğlu 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью