Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq. Əsgər hazırda Norveç hakimiyyət orqanları tərəfindən dindirilir Rusiya əsgəri Norveçdən sığın
AYNA.AZ xəbər verir ki, bu barədə “Dagbladet” nəşri məlumat yayıb.
Polislə söhbətində əsgər Finmarkanın Qrense Yakobselv limanı vasitəsilə ölkəyə qanunsuz daxil olduğunu etiraf edib.
Vəkil Trond Biti bildirib ki, həmin şəxs piyada sərhədi keçərək sığınacaq istəyib.
“Sərhədi keçdikdən sonra o özü yerindəcə Norveç hakim qurumları ilə əlaqə saxlamağa çalışıb”, vəkil aydınlıq gətirib.
Eyni zamanda, vəkil həmin şəxsin əvvəllər Rusiya ordusunda xidmət etdiyini və Ukraynada olduğunu təsdiqləyib.
Əsgər hazırda Norveç hakimiyyət orqanları tərəfindən dindirilir. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.