Rusiya Estoniyanı da vuracaq? Prezident hazırlıq mesajı verdi

30.08.2026

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Rusiya Estoniyaya hücum etməyəcək, amma ölkə istənilən ssenariyə hazırlaşmalıdır".

Turkustan.az "Espresso" portalına istinadən xəbər verir ki, bunu Estoniya Prezidenti Alar Karis bildirib.

O, ölkəsinin artıq bəzi proseslərə hazır olduğunu gizlətməyib: "Hər şey baş verə bilər. Amma biz istənilən ssenariyə hazır olmalıyıq. Bu hazırlıq olduqca vacibdir. Biz bu istiqamətdə çox iş görmüşük: yaxşı təlim keçmiş hərbi ehtiyatımız, eləcə də müdafiə ittifaqımız var".

Onun sözlərinə görə, zəif cəhətlərdən biri mülki əhalinin hazırlanmasıdır. Siyasətçi qeyd edib ki, ölkədə sığınacaqlar və digər zəruri şeylər yoxdur. O bildirib ki, bu baxımdan Estoniya Ukraynadan çox şey öyrənə bilər./publika.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью