“Rusiya etibarsız tərəfdaşdır, amma İranın başqa çıxış yolu yoxdur“ İsrail mətbuatı | Icma…
Icma.az bildirir, Moderator.az portalına istinadən. "Rusiya bizim regionda mühüm dövlətdir, amma onların qırmızı xətti odur ki, İran heç vax
Bu mesaj Tehranın ali təhlükəsizlik rəsmisi Əli Laricaninin qəfil Moskvaya səfərindən sonra gəlib.
Moderator.az xəbər verir ki, bu barədə "detaly.co" nəşri yazıb.
Məqalə müəllifi qeyd edir ki, Laricani səfər zamanı Ali Lider Ayətullah Xameneinin şəxsi məktubunu Vladimir Putinə çatdırıb.
Səfərin yalnız fakt baş verdikdən sonra açıqlanması İranda onun məqsədi və vaxtlaması ilə bağlı mübahisələr doğurub, xüsusən də İsrail ilə iyun müharibəsindən sonra İran-Rusiya münasibətlərinin yeni mərhələyə keçib-keçmədiyi sual altına düşüb.
Rəsmi məlumatlara görə, Laricani və Putin ikitərəfli münasibətləri, iqtisadi əməkdaşlığı, regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Məktubun məzmunu açıqlanmasa da, ertəsi gün Moskva İranın dalana dirənmiş nüvə proqramı məsələsində vasitəçilik etməyə hazır olduğunu bildirib.
Rusiya XİN bəyan edib ki, "gərginliyin yeni nəzarətsiz eskalasiyasının" qarşısını almaq üçün siyasi-diplomatik həll yoluna sadiqdir və bu prosesdə "istənilən dəstəyi verməyə" hazırdır.
Tam oxu
Xəbəri oxu