Rusiya Federasiyası və ABŞ birbaşa uçuşların bərpasını müzakirə edir

04.04.2025

Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Federasiyası və ABŞ birbaşa uçuşların bərpasını müzakirə edir


Moskva və Vaşinqton Rusiya ilə ABŞ arasında birbaşa uçuşların bərpası ilə bağlı danışıqlar aparır.
Oxuməni.az “TASS”-a istinadən xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev deyib.
"Səfirliyimiz və Xarici İşlər Nazirliyi çox sayda mühüm məsələlər, o cümlədən rusiyalılar üçün praktiki məsələlər üzərində işləyir. Eləcə də, faktiki olaraq, birbaşa uçuşların bərpası istiqamətində fəal iş aparılır. Ümid edirik ki, bu məsələdə irəliləyiş əldə edəcəyik", - o, Vaşinqtonda bir qrup jurnalist, o cümlədən “TASS” müxbirləri qarşısında deyib.
Dmitriyev danışıqların müsbət nəticəsinə ümid etdiyini bildirib.
Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью